Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

AXCP üzvü barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib


Musa Rahim
Musa Rahim
-

Aprelin 30-da AXCP üzvü Musa Rahim barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qərar mayın 1-də Nəsimi Rayon Məhkəməsində çıxarılıb.

Elə həmin gün Musa Rahim Bakı İstintaq Təcridxanasına aparılıb.

Musa Rahim digər AXCP üzvü Dəyanət Babayevlə birlikdə ötən il noyabrın 7-də Bakının Nizami küçəsində saxlanıb, sonradan buraxılmışdı.

Mayın 2-də AXCP fəalı Dəyanət Babayevin işi üzrə də Nəsim rayon məhkəməsində proses keçirilib.

Vəkil Əsabəli Mustafayev M. Rahimlə D. Babayevin məhkəmə proseslərinin ayrı-ayrılıqda keçirilməsinin qanunazidd olduğunu bildirib. İşlərin bir məhkəmə prosesində araşdırılması üçün vəsatət qaldırıb. Bu vəsatətə mayın 6-da baxılacaq.

DİN-nin məlumatına görə, hər iki şəxs ötən ilin noyabrında Tofiq Səlimov adlı bir vətəndaşı təhqir edib, ona yüngül bədən xəsarətləri yetiriblər. Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurlar. Bu maddə 2 ilədək müddətə islah işləri və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

AXCP isə ittihamları qəbul etmir. Partiyanın mövqeyinə görə, ittihamlar ölkədə artan siyasi fəallığı və gənclər hərəkatını səngitməyə yönəlib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG