Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:48

AXCP üzvləri sərbəst buraxılıb


AXCP-nin loqosu
AXCP-nin loqosu
-
Noyabrın 7-si gecə saatlarında Bakının Nizami küçəsində saxlanılaraq Nəsimi polisinin 22-ci bölməsinə aparılan AXCP üzvləri sərbəst buraxılıb. AXCP-nin İmişli rayon təşkilatının üzvü Musa Rahimin AzadlıqRadiosuna dediyinə görə, hər şey özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən bir nəfərin onları sorğu-suala tutmasından sonra başlayıb.

«Biz «Torqovı» ilə gedirdik, bir nəfər bizə yaxınlaşdı. Özünü daxili işlər nazirliyinin narkotiklərlə mübarizə idarəsinin əməkdaşı kimi təqdim etdi. Biz təkidlə ondan sənəd tələb etdik və söhbəti təhlükəsizlik kamerası altına aparmağa dəvət etdik. Amma həmin şəxs bundan sonra qaçmağa başladı. Mən onu tutmaq istəyəndə o və mən yıxıldıq. Mən qolumdan xəsarət aldım. Biz onun dalınca qaçdıq, amma tuta bilmədik. Bir az sonra polislər gəldi və bizi bölməyə apardılar».

HƏMİN ŞƏXSLƏR SƏRXOŞ OLUB...

Ehsan Zahidov
Ehsan Zahidov
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov AzadlıqRadiosuna hadisənin heç də deyildiyi kimi olmadığını bildirir. Onun sözlərinə görə, gecə saatlarında Nizami küçəsində yaşayanlardan «102» xidmətinə bir qrup adamın dava etməsi barədə məlumat daxil olub, hadisə yerinə polis göndərilib.

«Onlar Musa Rahim, Dəyanət Babayev, Elvin Əliyevin Tofiq Səlimov adlı şəxsi döydüyünü görüblər. Bundan sonra onların 4-ü də bölməyə aparılıb. 3 nəfər sərxoş olduqlarını və Bakı sakini 1990-cı il təvəllüdlü Tofiq Səlimovu döydüklərini etiraf ediblər. Onun bədənində xəsarətlər olub, paltarı cırılıb. Bunu da tərəflər polis bölməsində verdikləri izahatlarında etiraf ediblər. Məsələ ilə bağlı araşdırma aparılır».

Hər 3 AXCP üzvü isə sərxoş olmaları və kimisə döymələri ilə bağlı məlumatları təkzib edirlər. Və bu işin qurama olduğunu deyirlər.

AXCP-NİN 3 ÜZVÜ SAXLANIB

AXCP-nin Gənclər Komitəsinin üzvü Dəyanət Babayev, Elvin Baycan və İmişli təşkilatının üzvü Musa Rahim gecə saatlarında Bakıda saxlanılıb. Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat xidmətindən məlumat verilib. Hər üç partiya üzvünün nəyə görə saxlandığı bəlli deyil. Hazırda onların Binəqədi rayon polis idarəsinin 22-ci bölməsində olduqları bildirilir.

Əbülfəz Qurbanlı
Əbülfəz Qurbanlı
Polis bölməsi qarşısında olan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının dediyinə görə, onları Xəqani ticarət mərkəzinin yanında gecə saat 2 radələrində polis və mülkigeyimlilər saxlayıb.

«Dəyanət Babayevin saxlanan vaxt mənə dediyinə görə, onlara deyiblər, «sizin aksiya keçirmək istədiyiniz barədə məlumatlar var». Saxlanan vaxt onlara qarşı zorakılıq olub. İndi onlar 22-ci bölmədədirlər. Bura təcili yardım maşını çağırılıb, bilmirik içəridə nə baş verir, gözləyirik. Heç kim bir söz demir».

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna deyiblər ki, mətbuat xidmətində bu barədə məlumat yoxdur və araşdırma aparıldıqdan sonra məlumat veriləcək.

AXCP-nin İmişli rayon təşkilatının üzvü Musa Rahim bir neçə gün Azadlıq Radiosuna hədələndiyini bildirmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG