Keçid linkləri

2017, 01 Mart, çərşənbə, Bakı vaxtı 22:03

Bakıda həftə sonuna kimi hava isti olacaq


Mayın 1-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3 dərəcə yüksək olub.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, hava şəraitinin mülayim və isti keçməsinin səbəbi cənubdan daxil olan isti hava kütlələridir. Belə isti hava şəraiti bu həftənin sonuna kimi davam edəcək. Bu günlər ərzində hava şəraitinin iqlim normasından yüksək olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG