Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Milli Məclisdə 3-cü prezidentlik dövrü, erməni konyakı və Facebook haqda


Milli Məclis
Milli Məclis
-

TƏHQİR VƏ BÖHTANA GÖRƏ CƏZALAR SƏRTLƏŞDİRİLİR

Azərbaycanda qanunsuz abort, şəxsi həyat, mənzil toxunulmazlıqlarını pozma, insan alverində zərər çəkmiş şəxs haqqında gizli məlumatları yazmaya görə cəzalar sərtləşdirildi.

Milli Məclisin aprelin 30-da keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, xüsusi ali tibbi təsili olmayan şəxs abort edərsə o, 360 saatdan 400 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunacaq.

Şəxsi həyatın toxunulmazlığını pozma, mənzil toxunulmazlığını pozma, insan alverində zərər çəkmiş şəxs haqqında konfidensionallığı, gizli məlumatları yazmağa görə isə 240 saatdan 480 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunur.

Dəyişikliyə əsasən, təhqir və böhtana görə də cəzalar sərtləşdirilir. Təhqirə görə, 240 saatadək ictimai işlərə cəlb etmə və ya bir ilədək islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Böhtana görə indiyə qədərki cəza qalmaqla, ictimai işlərə cəlb etmə müddəti 200 saatdan 480 saata qaldırılır.

«AZƏRBAYCANDA İSƏ 3-CÜ DƏFƏ OLMAZ...»

Zahid Oruc
Zahid Oruc
Deputat Zahid Oruc seçki məcəlləsinə dəyişiklikliyə münasibət bildirərkən bir nəfərin 3-cü dəfə prezident seçilməsi ilə bağlı cəmiyyətdə və mətbuat səhifələrində gedən müzakirələrə toxunub:

«Almaniyada, Fransada baş nazir 8-9 dəfə seçilə bilər, qardaş Türkiyədə 4-5 dəfə seçilə bilər. Azərbaycanda isə 3-cü dəfə olmaz. Üçüncü dövrdə prezident seçilən insan daha böyük məsuliyyəti üzərinə götürür. Həm də bu, xalqın iradəsi altında olur. Parlament üsul-idarəsində də baş nazir hökuməti formalaşdırır. Fərq nədir?! Parlament üsul-idarəsinin fəsadlarını bu gün Gürcüstan prezidenti Miсheil Saakashvili və partiyası yaşayır, xalqı da yaşayacaq».

YAP icra katibi, deputat Əli Əhmədov da seçki məcəlləsinə təklif edilən dəyişikliklərə müsbət yanaşdığını deyib.

SƏSVERMƏ GÜNÜ BAYRAM GÜNLƏRİNƏ DÜŞƏRSƏ ONUN VAXTI DƏYİŞDİRİLMƏLİDİR

Seçki Məcəlləsinin 8-ci maddəsinə təklif edilən yeni dəyişiklikdə belə tövsiyə olunur. Bundan başqa Seçki Məcəlləsinin daha 2 maddəsinə də dəyişiklik təklif olunur. Həmin dəyişikliklərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti və təkrar seçkilərlə bağlı məsələlər yer alıb.

İqbal Ağazadə
İqbal Ağazadə
Təkliflərin müzakirəsi zamanı deputat İqbal Ağazadə seçkilərin səsverməyə 60 gün qalmış elan edilməsinə etirazını bildirdi:

«Biz təklif etmişik ki, seçki səsverməyə 90 gün qalmış elan olunsun. Mən müxalifət adından bunu təklif etmişdim. Deyirlər bəzi ölkələrdə 23 gün qalmış olur. Amma bu o ölkələrdə mümkün olur ki, orda seçki təbliğatı zamanı tərəflər televiziyada çıxış edirlər. Biz Sumqayıtda bu günlərdə görüş keçirdik, bir polis gəldi ki, burda tədbir keçirmək olmaz. Nə bir izah verir, nə bir şey, deyir elə mən deyən kimi olmalıdır. Belə şəraitdə 23 gündə nə edə bilərik».

Hazırkı seçki qanunvericiliyinə görə, seçkilər (referendum) səsvermə gününə 60 gün qalmış elan edilir.

YAP-çı deputat Siyavuş Novruzov isə bildirdi ki, seçki kiminsə özünü tanıtması üçün deyil. Bu müddətdə seçki məntəqələrinin yaradılması və s. məsələlər həll edilməlidir.

AVROPALI DEPUTATLARIN SUAL DOĞURAN DAVRANIŞLARI...

Milli Məclisin spikeri iclas başlayan kimi Avropa Parlamentinin 5 deputatının Dağlıq Qarabağa səfərinə toxunub.
Oqtay Əsədov
Oqtay Əsədov
«Avropa Parlamenti deputatlarının davranışı suallar doğurur. Cənubi Kiprin Avropa Parlamentindəki deputatı qondarma Dağlıq Qarabağ Respublikasının parlamentində çıxışında deyib ki, sizin xidmətçilərinizik. O, ərazi bütövlüyü məsələsinə baxmayaraq, xalqların müqəddəratını təyin etmə hüququnun hər bir şeydən üstün saydığını söyləyib. Digər tərəfdən, fransız deputat dostluq qrupu yaradıb və Dağlıq Qarabağa səfər edib. O bildirib ki, məqsədləri Dağlıq Qarabağda yaşayan xalqın müstəqilliyini təmin etməkdir. Mən hesab edirəm ki, bu məsələyə bütün vətənpərvər qüvvələr münasibət bildirməlidi».
Oqtay Əsədov deyib ki, Kaliforniya ştatının 6 deputatı Azərbaycanda olub, onlar bütün tədbirlərdə Azərbaycanın haqqını təmsil edəcəklərini söyləyiblər:
«Kaliforniyada həmin deputatlar, komitə sədri çıxış etdi. Bir neçə gün sonra həmin komitə sədri mənə yazdı ki, üzr istəyirəm, mənim elektron poçtuma çoxlu sayda hücumlar olur, sizi daha müdafiə edə bilməyəcəyəm. Ancaq bizdə vəziyyət necədir? Mən artıq Avropa Parlamentinin sədrinə məktub yazıram. Bizim bəzi saytlarımız erməni konyakından içib beyni dumanlananlardan niyə yazmır?»
«HÖKUMƏT SƏVİYYƏSİNDƏ KƏSKİN MÜNASİBƏT BiLDiRiLMƏLiDiR»
Fərəc Quliyev
Fərəc Quliyev
Fərəc Quliyev çıxışında Oqtay Əsədovu fikirlərini müdafiə etdiyini deyib.

Deputat Ləzgi mədəni milli muxtariyyəti üzrə Rusiya prezidentinin nümayəndəsi Ramazan Abdulətipovun Azərbaycana yönəlik çıxışlar etdiyini bildirib və buna görə Azərbaycanın sərt mövqe nümayiş etdirməsinin lazım olduğunu deyib:
«Bu çox pisdir və biz bunlara qarşı hökumət səviyyəsində kəskin münasibət bildirməliyik. Biz əgər yumşaq mövqedən çıxış etsək, gənclərimizi kənara çağırıb onları təlimatlandıracaqlar. Bizə qarşı hansısa addımlar ata bilərlər. Buna reaksiya verilməlidir».
«BİZ BÜTÜN AVROPAYA QARŞI DEYİLİK»
Oqtay Əsədov Fərəc Quliyevə cavab olaraq deyib ki, onun qaldırdığı məsələ bütün Avropaya qarşı şamil olunmur:
«Bu bütün Avropaya qarşı deyil, biz ermənilər tərəfindən ələ alınmış deputatlara qarşı çıxmalıyıq. Bu dövlətlər arası məsələ deyil. Bunu qarşdırmaq lazım deyil».
«NƏ BİLİM SOSİAL NƏLƏRDƏ...»
Milli Məclis və Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Ələsgərov dedi ki, neçə illərdir bu kommissiyanın işini yüksək səviyyədə qurmaq istəyirik:
Arxiv foto
Arxiv foto
«Sizin Qarabağda görüşlər keçirən fransalı və Şimali Kiprdən olan deputatların Dağlıq Qarabağa səfərindən danışdınız. Avropa parlamentində bisavad deputatları kimlər seçibsə bu həmin adamaların günahıdır. Fransalı deputat yaxşı olar ki, Kiprdəki türklərin hüququnu qorusun. Bu adanı kim bölüb, onu hamı yaxşı bilir. Bu ikili standartlar üçün nümunə deyilmi . Neçə illərdir Türkiyə AB-nin qapısını döyür onu Avropa Birliyinə qəbul etmirlər. Amma ondan sonra müraciət edən dövlətlər bu birliyə daxil edilib. Bu islamafobiya, türkəfobiya deyilmi? Amma mən demirəm ki, bu AB-nin mövqeyidir. Bu cür deputatlarla bağlı məktub yazılmalıdır və bu kimi deputatlar parlamentdə təmsil olunmamalıdır. Nə bilim sosial nə bilim nələrdə (sosial şəbəkələri nəzərdə tutur. M.Ç.) fəal olan vətəndaşlarımız bu məsələyə öz etirazlarını bildirsinlər»
Vitse-spiker Bahar Muradova, Çingiz Qənizadə və digər bir neçə millət vəkili də Avropa Birliyinin deputatlarının Qarabağa səfərini tənqid etdilər. Çingiz Qənizadə təklif etdi ki, yaxşı olar ki, həmin ölkələrin Azərbaycandakı səfirliklərini çağırıb onlara bu məsələ ilə bağlı öz etirazını bildirsin.
«Bir də təklif edirəm ki, həmin deputatları, onların təmsil olanuna ölkələrin mətbuat nümayəndələrini Azərbaycana çağıraq. Oqtay müəllim, bunun çox yaxşı xeyri ola bilər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG