Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:31
BMT-də Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə edilir, Cenevrə
BMT-də Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə edilir, Cenevrə

BMT-də Azərbaycanda insan haqlarının vəziyyəti haqda müzakirə bitdi

BMT-nin İnsan Haqları Şurasının növbəti toplantısında Azərbaycana dair Ümumi Dövri Hesabata baxıldı. Müzakirə artıq başa çatıb. Müzakirəyə iki hesabat çıxarılmışdı. Azərbaycan hökumətinin hesabatı və Şuranın öz hesabatı. Müzakirələrə qatılmış 83 ölkə Azərbaycana tövsiyələr verdi. Azərbaycan hökuməti həmin tövsiyələrin qəbul edilib-edilməməsinə yaxın 6 ayda qərar verməlidir. Müzakirələrdə Azərbaycanı təmsil etmiş xarici işlər nazirinin müavini Xələf Xələfov AzadlıqRadiosuna eksklüziv müsahibə verib. Tezliklə burada oxuyun!

13:50 30.4.2013
İnsan Haqları Fondunun Cenevrə Ofisinin təmsilçisi Florian İrminger Cenevrədə müzakirə olunan sənəd haqqında fikirlərini AzadlıqRadiosuna bölüşüb. Onun qeydlərini təqdim edirik:

ÜMUMİ DÖVRİ HESABAT HAQQINDA

Ümumi Dövri Hesabat (ÜDH) hər 4,5 ildən bir hazırlanıb, dövlətlərin insan haqları sahəsində başqa dövlətlər qarşısında götürdüyü öhdəliklərin icrasına dair rəyləri əks etdirir. Bu, müstəqil ekspert rəyləri deyil, onun hazırlanması prosesində siyasi çalarlar da var. Qeyri-hökumət təşkilatlarının da sənədin hazırlanmasında rolu olur. Azərbaycana dair son hesabatın hazırlanmasında da Azərbaycan İnsan Haqları Evinin tərəfdaşları olan qeyri-hökumət təşkilatları öz birgə hesabatları ilə iştirak ediblər.
Azərbaycanda vəziyyətə dair 2009-cu ildə hazırlanmış hesabat çox müsbət, dostyana olub. Hətta sənədin müzakirəsi zamanı ABŞ çıxış üçün söz də istəməyib. Dövlətlərin çoxu öz tövsiyələrində göstərmişdilər ki, Azərbaycan müsbət istiqamətdə irəliləyir. Ümumilikdə dövlətlər hesab edirlər ki, belə hesabatlar tənqiddən çox imkanlar haqqında tövsiyələr verir.

2013-cü ildə isə vəziyyət dəyişib. Biz əminik ki, insan haqlarının vəziyyətinə görə dövlətlər Azərbaycanı tənqid edəcəklər. Bu dəyişikliyin əsas səbəblərindən biri açıq-aşkar görünən insan haqları pozuntularıdır. Xüsusilə, «Sing for Democracy» kompaniyası (2012-ci ilin mayında Bakıda keçirilən «Eurovision» mahnı yarışı ərəfəsində insan haqları fəallarının başladıqları kampaniya – red.) çərçivəsində insan haqları pozuntuları daha aydın göründü. Azərbaycan İnsan Haqları Evinin bağlanması da əksər Avropa Birliyi ölkələri və ABŞ üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair bir nümunə olub.

GÖZLƏNTİLƏR

Prosesin özü siyasi olduğu üçün gözləntilər də siyasi sahədə olmalıdır. Biz Azərbaycanda insan haqlarının vəziyyətinin ekspert qiymətləndirməsini gözləmirik. Biz heç siyasi məhbuslar siyahısındakı adamların azad olunmasını gözləmirik. Əminik ki, bu hesabat prezident seçkisi ərəfəsində Azərbaycanda insan haqları sahəsində vəziyyətə dair beynəlxalq ictimaiyyətin baxışlarının formalaşmasına kömək edə bilər.

Bu hesabat bizim üçün həm də Azərbaycanda iqtisadi və enerji maraqları olan bəzi dövlətlərin insan haqlarını unudub-unutmadıqlarını yoxlamaq fürsətidir. İndi əlbəttə həm də ABŞ, Böyük Britaniya, eləcə də Avropa Birliyinin, İsveçrə kimi kiçik ölkələrin insan haqları sahəsində Azərbaycan qarşısında konkret tələblər irəli sürmələrinin vaxtıdır.
14:05 30.4.2013
CENEVRƏDƏ AZƏRBAYCANDAKI İNSAN HAQLARI MÜZAKİRƏ EDİLİR

Aprelin 30-da İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurasının növbəti toplantısında Azərbaycana dair Ümumi Dövri Hesabata baxılır.

Müzakirəyə iki hesabat çıxarılıb: Azərbaycan hökumətinin hesabatı və Şuranın öz hesabatı.

İnsan Haqları Şurasının hesabatında Azərbaycanda insan haqlarındakı problemlər sadalanır və tövsiyələr verilir.
17:40 30.4.2013
Azərbaycan nümayəndə heyəti Cenevrədə müzakirələrə hazırlaşır.
Azərbaycan nümayəndə heyəti Cenevrədə müzakirələrə hazırlaşır.
17:40 30.4.2013
Azərbaycan nümayəndə heyəti Cenevrədə müzakirələrə hazırlaşır.
Azərbaycan nümayəndə heyəti Cenevrədə müzakirələrə hazırlaşır.

Davamı

XS
SM
MD
LG