Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:33

Boston partlayışına görə istintaqa cəlb olunan Mişanın ailəsi Bakı ermənilərindən imiş


Boston partlayışında şübhəli bilinən Tsarnaev qardaşları.
Boston partlayışında şübhəli bilinən Tsarnaev qardaşları.
-

-

-

Boston faciəsinin xronologiyası

15 aprel.
  • Saat 14.50 - Boston şəhərində keçirilən kütləvi marafon yarışının finiş xətti yaxınlığında bir-brinin ardınca 2 partlayış baş verir.
  • Partlayışlar nəticəsində 3 nəfər həlak olur, 8 yaşlı oğlan Martin Richard, 29 yaşlı qadın Krystie Campbell və 23 yaşlı Cinli tələbə qız Lu Lingzi
  • 170 nəfər yaralanır, 3 yaralın həyatla ölüm arasındadır.

18 aprel.
  • Yerli vaxtla saat 17 radələrində polis 2 şübhəlinin foto və videosunu dərc edib, əhalidən kömək istəyir. Bir qədər sonra şübhəlilərin 26 yaşlı Tamerlan və 19 yaşlı Dzohkhar Tsarnaev qardaşları olduğu deyilir.
  • Saat 22.30 radələrində Votertaunda polislə Tsarnaevər arasında atışma baş verir. Bir polis nəfəri öldürülür, digəri yaralanır. Atışmada Tamerlan öldürülür, Dzhokhar isə qaçıb aradan çıxır. Polis ərazini mühasirəyə alıb əhalidən evdə qalmağı xahiş edir. Bütün gecəni ərazidə axtarış aparılır.

19 aprel.
  • Bütün Boston şəhərində ictimai nəqliyyatın hərəkəti dayandırlıb. Polis əhalindən evdə qalmağı xahiş edir. Bütün günü şəhərdə axtarışlar aparılır. Evdə qalmaq əmri saat 18-də ləğv edilir.
  • Saat 19 radələrində Votertaunda atışma baş verir. Məlum olur ki,hava almağa çıxan yerli sakinlərdən biri, yaralı Tsarnaevi öz həyətindəki qayığın içində görür və polisə zəng edir. Təhlükəsizlik qüvvələri ilə Tsarnaev arasında qısa atışma baş verir (bəzi mənbələrə əsasən atışma olmur, sadəcə polis xüsusi şok bombaları tətbiq edir).
  • Saat 20.45-də polis şübhəli şəxsin həbs olunduğunu elan edir. Onu "Beth Israel Deaconess Medical Center" xəstəxanasına aparırlar.


Boston Marafonunda partlayışlarda şübhəli bilinən Tsarnaev qardaşlarını radikallaşdırmaqda ittiham olunan “Mişa” ləqəbli Mikhail Allahverdov “The New York Review of books” internet saytının əməkdaşları ilə görüşüb.

Rhode Island ştatında yaşayan Allahverdov Tsarnaev qardaşlarını radikallaşdırması barədə onların yaxınlarının ittihamlarını rədd edib: “Mən onların müəllimləri olmamışam. Əgər onlara dərs demiş olsaydım, onların heç vaxt belə hərəkət etməmələrinə çalışardım.”

39 yaşlı Mikhail Allahverdovun atası milliyətcə erməni, anası isə ukraynalıdır. Onun ailəsi əvvəllər Bakıda yaşayıb. 1990-cı illərin əvvəllərində isə Azərbaycandan köçüblər. Ata-anası ilə orta səviyyəli bir evdə yaşayan “Mişa” ləqəbi ilə tanınan Mikhail islamı qəbul etdiyini deyir.

O əlavə edir ki, polislə atışmada öldürülən Tamerlanla üç il əvvələ qədər yaşadığı Bostonda tanış olub. Son üç ildə isə nə onunla, nə də Tsarnaev ailəsi ilə heç bir əlaqəsi olmayıb.

Mikhail Allahverdov ABŞ Federal Təhqiqatlar Bürosunda (FBİ) sorğu-suala çəkildiyini də bildirib:

- Mən FBİ-ın istintaqına cəlb edilmişəm. Kompyuterimi, telefonumu, nə istədilər, hamısını onlara verdim. Mən göstərmək istəyirəm ki, heç bir günahım yoxdur. Onlar da bildirirlər ki, artıq araşdırmalarını yekunlaşdırılar, yəqin ki, yaxınlarda əşyalarımı istintaqın qaytarıb mənimlə bağlı hissəsini başlayacaqlar.

FBİ-ın sözçüsü isə Mikhaillə bağlı hər hansı məlumat verməkdən imtina edib.
Tamerlan Tsarnaev-in əmisi Ruslan CNN telekanalına müsahibəsində deyib ki, onun qardaşı uşaqları Mişa-nın təsiri altında olublar: “Onların tanışlığı 2009-cu ildən başlayıb. Bu adam onların beynini tam yuyub.”

Amma Mikhail Allahverdov müxbirlə söhbətində israrla Tsarnaev qardaşları ilə əlaqəsinin 3 il əvvəldən kəsildiyini, onların müəllimi olmadığını bildirib.
Aprelin 15-də Bostonda keçirilən marafon yarışında törədilən 2 partlayışda 3 nəfər həlak, 260 nəfərsə yaralanıb.

Bu hadisəni törətməkdə şübhəli bilinən Tamerlan Tsarnaev aprelin 19-da polislə atışmada öldürülüb, onun qardaşı Dzokhar isə yaralı ələ keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG