Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:00

Pişəvərdə intiharçı hücumda 8 adam ölüb, 45-i yaralanıb


Pakistanın Pişəvər şəhərində intiharçı özünü partlatmaqla 8 adamı öldürüb, 45 nəfər isə yaralanıb.

Partlayış avtobus dayanacağı yaxınlığında olub.

Ölənlər arasında Əfqanıstanın iki diplomatı var. Onlardan biri Hilal Ahmad Waqad Əfqanıstanın Ali Sülh Şurasının üzvü Amin Waqadın oğludur. Hilal Ahmad Waqad müharibə əleyhinə konfrans təşkil edirdi.
XS
SM
MD
LG