Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 05:53

Ukraynanın əfv komissiyası Timoshenkonu əfv eləmir

 Yulia Timoshenko
Yulia Timoshenko
Ukrayna prezidenti yanındakı əfv komissiyası keçmiş baş nazir Yuliia Timoshenkonu əfv etməkdən imtina edib.

Komissiya hesab edir ki, ona qarşı qaldırılmış cinayət işləri ilə bağlı istintaq hələ ki, yekunlaşmayıb.
Amma Timoshenkonun vəkili Aleksandr Plakhotnik bildirib ki, yekun qərar prezident Viktor Yanukovychdən aslıdır.

Yuliia Timoshenko hazırda səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzası çəkir.

Bu ilin yanvarında isə ona qarşı yeni ittiham irəli sürlülüb.
Bir çox Avropa Birliyi ölkələri və hüquq müdafiəçiləri məsələnin siyasi motivli olduğunu deyirlər.
XS
SM
MD
LG