Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:51

Həcc ziyarəti oktyabrın 2-dən başlayır


Həcc ziyarəti
Həcc ziyarəti
-


Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların səfəri Qurban Bayramı ərəfəsində - oktyabrın 2-dən başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, artıq ziyarət üçün zəvvarlara təklif olunan variantlardan biri - xərci 3250 manatlıq xidmət üçün limit dolub.

Xərci 4100 manatlıq olan digər xidmət variantı üçün isə limitin gələn həftə dolması gözlənilir.

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacaqları otellərdən asılı olaraq qiymətlərə görə iki variantda xidmət təqdim olunur.

Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlar 8 nəfərlik otaqda, ümumi xərci 4100 manata başa gələnlər isə 4 nəfərlik otaqda yerləşəcəklər.

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir.

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG