Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:48

Bircə sualı cavabla - iPod qazan! (Bundan əvvəlki sualın cavabı - G.G.Marquez...)


iPod Shuffle
iPod Shuffle
-

Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən ədəbiyyat viktorinasının bu həftə üçün sualı:

Cavab ver - iPod qazan!

Bu, hansı əsərdəndir?

“"Xəzinəmi kimsəyə göstərmirdim. Kitaba sahib olmağımın sevincinə onun oğurlanması qorxusu, kim bilir bəlkə də sonsuz-hüdudsuz olmaması nigarançılığı da qarışmışdı. Bu həyəcan içimdə cəmiyyətdən qaçmaq hissini bir az da gücləndirdi. Bir neçə dostum qalmışdı. Onlarla da əlaqəni üzdüm. Kitabın əsirinə çevrilib həyətə-bacaya da çıxmırdım".

Cavabınızı aprelin 26-a qədər (həmin gün də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibi düzgün cavab yollayanlar arasından püşkatma yolu ilə seçiləcək.

***

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilən ədəbiyyat viktorinasında bundan əvvəl elan edilmiş suala düzgün cavabsa belədir:

Gabriel Garcia Marquez-in "Yeva pişiyin içində" hekayəsi.

9 düzgün cavab göndərilib.

(Əksər cavablar səhv olub. O cümlədən: Tolstoyun "Anna Karenina"sı, Oskar Uayldın "Dorian Qreyin portreti" əsəri və s.)

Püşkatma nəticəsində qalib Toğrul Şıxəliyev olub.

Qalibi təbrik edirik. O, mükafatını - iPod Shuffle-ı Azadlıq Radiosunun Bakı bürosundan götürə bilər:

Telefon: 436 77 40 (dax. 13 55 Rafiq bəy)

Viktorinamız qarşıdakı həftələrdə davam edəcək.

(Qalib növbəti həftələrdə viktorinada iştirak edə bilməz).

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG