Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:12

ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Azərbaycandadır


ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Andrew Deshitsa Azərbaycanda səfərdədir.

APA-nın məlumatına görə, Andrey Deşitsanın müdafiə naziri Səfər Əbiyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının nümayəndələri ilə görüşləri planlaşdırılır.

Xüsusi nümayəndə Bakıda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının mövcud durumunu, ATƏT sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara-nın Cənubi Qafqaz regionuna səfərinə hazırlıq məsələlərini müzakirə edəcək.

ATƏT sədrinin səfəri iyun ayına planlaşdırılıb.

Andrew Deshitsa Azərbaycandan sonra Gürcüstana və Ermənistana səfər edəcək.
XS
SM
MD
LG