Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:12

Əli Kərimli: «Azərbaycan hökuməti hansı analoqu olmayan təcrübəsini bölüşəcək?»


Mətbuat icmalı
Mətbuat icmalı
-

BP RƏSMİSİ HASİLATIN PAY BÖLGÜSÜNDƏN DANIŞDI

«Azərbaycan» qəzeti Bakıda keçirilən Dünya İqtisadi Forumu haqda geniş reportaj verib. Forumda çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrel deyib: «Hasilatın pay bölgüsü sazişində heç bir dəyişiklik olunmamışdır. Bu mənada əminəm ki, neft və qaz sektorunun əsas investorlarını maraqlandıran bir nömrəli sabitlik məsələsi Azərbaycanda gələcəkdə də hökm sürəcəkdir. Tərəflərin qarşılıqlı etibar şəraitində dialoq aparması və investorları qəbul edən ölkənin məqsədlərini anlamasına imkan verən bir dialoqun olması çox vacibdir».

ƏLİ KƏRİMLİ DÜNYA İQTİSADİ FORUMUNDAN NƏ YAZIR?

«AXCP sədri Əli Kərimli də Bakıdakı Dünya İqtisadi Forumundan yazdı». «Azadlıq» qəzeti partiya sədrinin facebook sosial şəbəkəsində yazdıqlarını yayıb: «Maraqlıdır ki, Azərbaycan hökuməti forum iştirakçıları ilə hansı analoqu olmayan, qabaqcıl təcrübəsini bölüşəcək? 10 milyardlarla manat dövlət pulunu xarici banklarda illik 1-2 faizlə saxlayaraq, vətəndaşını yerli banklardan illik 20-24 faizlə kredit almağa məcbur etmək bacarığınımı? 1 milyard 250 milyon dolları təkcə bir parkın salınmasına xərcləmək bacarığınımı? Yoxsa başqa ölkələrdə 150-200 milyona başa gələn stadionunun tikinti xərclərini 800 milyon dollara qədər şişirtmək bacarığınımı?...».

«BİRİ VAR ALBANİYA, KOSOVO, BİRİ DƏ VAR AZƏRBAYCAN...»

Konfliktoloq Arif Yunus «Bizim yol»a müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb. O deyib: «Biz Qərb üçün ilk onluqda deyilik. Biri var Albaniya, Kosovo problemi, biri də var Azərbaycan, birinciyə diqqət ona görə böyükdür ki, o Avropadadır. Bu mənada onlar Albaniyadakı hadisələrə reaksiya verməyə məcburdurlar».
Konfliktoloqun sözlərinə görə, ortalıqda Rusiya, İran, Yaxın Şərq problemi olduğu halda Azərbaycan-Ermənistan münaqişəsi kiçik görünür.

HƏBSDƏKİ «N!DA»ÇI ATA OLACAQ

«Yeni Müsavat» yazır: «Həbsdəki «N!DA»çı ata olacaq». Söhbət qurumun üzvü Rəşadət Axundovdan gedir. Onun həyat yoldaşı Türkan Hüseynova deyib ki, Rəşadətin həbsini gözləyirmişlər, amma bu barədə danışmamağa çalışıblar. Anası Mətanət Axundova isə deyib: «Arzu edirəm ki, doğulacaq körpəsinin yanında olaydı. Allah onu təmiz qəlbinə bağışlasın. Düzdür, yanıram, ağlayıram, amma eyni zamanda, fəxr edirəm».

MƏNZİL TİKİNTİSİ AZALIB

«Exo» qəzeti xəbər verir: «2012-ci ildə adambaşına 0,19 kv.m mənzil tikilib». Qəzetə açıqlamasında mütəxəssis Nüsrət İbrahimov deyib ki, 2011-ci illə müqayisədə ötən il mənzil tikintisi azalıb. İki il öncə ölkədə bu göstərici 0,225 kv.m olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə 2,033 kv.m mənzil tikilib. Özü də bu tikinti böyük şəhərlərdə gedib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG