Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:23

Avropa Birliyi Ukrayna prezidentinin əfv fərmanını alqışlayıb


Stefan Fuele
Stefan Fuele
Avropa Birliyi Ukrayna prezidenti Yanukovychin keçmiş daxili ilər naziri Yuri Lutsenkonu əfv etməsini alqışlayıb.

Avropa Komissiyasının genişlənmə məsələsi üzrə nümayəndəsi Stefan Fule Tvitterdə bunun Ukraynada bu sahədə atılmış ilk və vacib addım olduğunu yazır.

Lutsenko vəzifə səlahiyyətlərini aşma ittihamı ilə 4 il həbsə məhkum edilmişdi.

Əfv fərmanına eyni ittihamla 2 il şərti cəza alan keçmiş ətraf mühitin mühavizəsi naziri Georgy Filipchuk da daxil olmaqla 6 məhbus düşüb.

Yanukovych deyir ki, o fərmanı Keçmiş Polşa prezidenti Alexander Kwasniewski də daxil olmaqla Ukrayna və Avropa Birliyi rəsmilərinin müraciətindən sonra imzalayıb.

Keçmiş daxili işlər naziri Lutsenko 2010-cu ildə həbs olunub.
O ittihamı rədd edir və həbsinin siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG