Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:16

Astarada dəniz sahilləri hasarlanıb


Foto: Arxiv
Foto: Arxiv
-
Astara sakinləri «Yeni Müsavat» qəzetinə bildiriblər ki, yerli strukturlar Astarada pullu çimərliklər yaratmaq istəyirlər.

Rayon sakini Vüsal Nəbiyev deyir ki, «Astara əhalisi niyə öz təbii sərvətindən pulla istifadə etməlidir? Kim ixtiyar verib ki, belə qanunsuzluqlara yol verilsin? Millət dənizə də pul verib girməlidir?».

Qəzet yazır: «Sakinlər deyirlər ki, gömrükdə İrandan ərzaq məhsulları gətirmək qadağandır. Vətəndaşın əlindən ərzağı alıb qovurlar. Hazırda İranda bananın kilosu 80 qəpikdir. Azərbaycana 1 kilo banan keçirməyə icazə verilmir».

«ABŞ-DA AZƏRBAYCAN MÜXALİFƏTİNƏ BÖYÜK DİQQƏT VAR»

Bunu «Azadlıq» qəzetinə müsahibəsində ABŞ səfərindən qayıdan AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı deyib.

Fuad Qəhrəmanlı deyib ki, «Azərbaycan xalqı demokratik proseslərdə aktiv rol alacaqsa, ölkədəki dəyişikliklərdə kütləvi iştirak edəcəksə, əmin ola bilərlər ki, bu mübarizədə tək deyillər. Dünyanın aparıcı güc mərkəzləri Azərbaycan xalqının mübarizəsinə dəstək ifadə edəcək. Bu kontekstdə müxalifət düşərgəsində gedən proseslər geniş müzakirə olundu. Bu proseslər maraqla izlənilir. Çox böyük ümidlər var ki, vahid namizəd məsələsi həllini tapacaq. O qənaətə gəldim ki, bu təkcə Azərbaycan cəmiyyətinin maraqlı olduğu məsələ deyil».

NEFT GƏLİRLƏRİNİN İNSAN KAPİTALINA ÇEVRİLMƏSİ İKT SEKTORUNDA DAHA UĞURLA REALLAŞIR

«Azərbaycan» qəzeti yazır ki, həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan son 9 ildə dinamik inkişafını qoruyub saxlayıb:

«Ötən il Azərbaycanda qeyri-neft sektorunun inkişafı xüsusilə artaraq 9.7 faizə çatmışdır. Mütəxəssislər bu artımı daha çox İKT sektorunun inkişafı ilə əlaqələndirirlər. Qənaətə görə, Azərbaycanda İKT sektorundan qazanılan gəlirlərin artımı dünyada bu sahədə olan artımdan 2.5-3 dəfə çoxdur. Bu cür sürətli inkişafda cəmiyyətin bütün təbəqəsinin, xüsusən gənclərin rolu diqqətlə öyrənilir. 2011-ci ildə İKT sektorunun gəliri 1.7 milyard dollar olubsa, 2020-ci ilə bu göstəricinin 8 milyard dollara çatması planlaşdırılır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG