Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 10:27

Sabirabad sakini aclıq edir


Sərhad Məmmədov
-
Sabirabad rayonunun Cavad kəndində yaşayan Sərhad Məmmədov aclıq aksiyası keçirir.
Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib:
«2011-ci ildə evimdən şəxsi əşyalarım və pulum oğurlanıb. Baş verən cinayətin hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilməsinə, şikayətlərimə baxılmamasına etiraz olaraq aprelin 1-dən aclıq elan etmişəm».
Sərhad Məmmədov bildirir ki, aksiyaya başlamazdan əvvəl ölkə başçısına, baş prokurora, daxili işlər və milli təhlükəsizlik nazirlərinə yazılı formada müraciət edib. Ötən 5 gün müddətində onunla yalnız yerli icra nümayəndəsi ilə bələdiyyə sədrinin maraqlandığını deyir:
«Mən heç həkim nəzarətinə də götürülməmişəm. Aprelin 3-də mədəmdən qan gələndə, məcbur olub həkim çağırdım».
Sabirabad rayon İcra Hakimiyyəti başçısının Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirmöhsüm Qasımov həmkəndlisinin keçirdiyi aksiyadan xəbərdar olduğunu dedi:
«Mən ona baş çəkib şikayətini dinlədim və bu barədə müvafiq orqanları məlumatlandırdım».

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG