-
Xaçmaz rayon Polis Şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, 26 yaşlı Rafiq Adıgözəlov aprelin 3-də axşam saatlarında dostları ilə Sərkərli kəndindəki göl kənarında dincələrkən, içkili vəziyyətdə gölə düşərək batıb.
Aprelin 5-də səhər saat 8-dən göldə cəsəd axtarışını davam etdirən dalğıcların səyləri nəticə vermir. Göldə batan gəncin anası Şamama Adıgözəlova pul verilmədiyinə görə dalğıcların öz işinə həvəssiz yanaşdıqlarını deyir. Ananın fikrincə, onlar axtarışa həvəslə yanaşsaydılar, uzunluğu təqribən 150, eni 100 metr olan göldə cəsədi elə aprelin 4-də axtarışın ilk saatlarında aşkar edə bilərdilər.
Bir gün əvvəl isə dalğıclar axşam saat 5 radələrində axtarışı dayandırıb ərazidən getmək istəyəndə kənd sakinləri narazı qalaraq yolu bağlamaq qərarına gəliblər. Sakinlərin etirazı rayon rəhbərliyinə çatıb. İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, polis rəisi və FHN rayon şöbəsinin rəhbərliyi hadisə yerinə gələndən sonra axtarış davam etdirilsə də nəticə verməyib.
Dalğıclar cəsəd axtarışının nəticə verməməsini gölün dibinin yosunlu olması ilə əsaslandırırlar.
10 nəfərə yaxın dalğıcın 2 günlük axtarışından bir şey çıxmadığını görən kənd sakinləri özləri gölə düşərək bir neçə saat axtarış aparıblar.
Rayon mərkəzindən gələn rəsmilər hələ də olay yerindədirlər və Bakıdan yeni dalğıc qrupunun gəlməsini gözləyirlər.
Ailə üzvləri hələlik taleyi müəmmalı qalan Rafiq Adıgözəlovun 1 il əvvəl ailə həyatı qurduğunu və bu günlərdə ata olduğunu deyirlər.
Yerli dalğıcların və sakinlərin səyləri nəticə vermədiyindən belə bir qərar alınıb