Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:56

İsrail təyyarələri Qəzzəni vurub


Foto arxiv
Foto arxiv
İsrailin hərbi təyyarələri Qəzzə bölməsini bombalayıb.

Bu ötən il Həmasla əld olunmuş atəşkəsdən sonra ilk belə hadisədir.
Hazırda Qəzzəyə Həmas qrupu nəzarət edir.

İsrail komandanlığı hədəfin terrorçularla bağlı olan 2 böyük obyekt olduğunu bildirir.
İsrail hərbçiləri çərşənbə axşamı Fələstin ərazilərindən İsrailə 3 raket buraxıldığını deyirlər.
Hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Aprelin 2-də İsraildə həbsdə yatan 63 yaşlı fələstinlinin ölümü barədə xəbər yayılıb.
Rəsmi məlumatda onun xərçəngdən öldüyü bildirilir.
Fələstin tərəfi isə onun ölümündə İsrail tərəfini günahlandırır.
XS
SM
MD
LG