Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 11:33

Ukraynada 600-dən çox yaşayış məntəqəsi işıqsız qalıb


-
Ukraynada martın 22-dən yağan qara görə martın 24-də 615 yaşayış məntəqəsi işıqsız qalıb.

İnterfaks-ın Ukraynanın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, qar yüksəkgərginlikli işıq xətlərini sıradan çıxarıb.

Xilasedicilərin sözlərinə görə, bir müddət sonra 510 yaşayış məntəqəsi tam olaraq, 105-i isə qismən işıqla təmin olunub.
Qeyd edək ki, 22 martda sutka ərzində Ukrayna paytaxtında 50 mm qar yağıb. Bu, aylıq normadan 3 mm çoxdur.
XS
SM
MD
LG