Keçid linkləri

2026, 18 Aprel, şənbə, Bakı vaxtı 15:08

Kadırov futbol hakimini təhqir etdiyinə görə qismən üzr istədi

Çeçenistan lideri Ramzan Kadırov futbol hakimini təhqir etdiyinə görə hakimdən başqa hamıdan üzr istəyib.

Qroznıda bazar günü yerli “Terek” klubu ilə Kazanın “Rubin” klubunun görüşündə Ramzan Kadırov stadiondakı səsgücləndiricilərdən istifadə edərək hakimi təhqir etməyə başlayıb, o, hakimi “satılmış” adlandırıb.

Kadırovun qəzəbinə səbəb futbol hakiminin “Terek”in oyunçularından birini 87-ci dəqiqədə oyundan qovması olub.

0-0 hesabı ilə başa çatan oyundan sonra Kadırov özünü belə apardığına görə futbol aləmindən üzr istədiyini bildirib, ancaq xüsusi qeyd edir ki, futbol hakimindən üzr istəmir.

Əksinə , Kadırov hakimin meydanda özünü niyə belə apardığını araşdırmaq üçün xüsusi istintaqa başlayacağını bildirir.

Rusiya Futbol Federasiyası Kadırovla bağlı incident barədə şərh verməkdən imtina edib.
This item is part of
XS
SM
MD
LG