Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:07

Putinlə Lukashenka Vahid Dövlət ideyasını müzakirə edib



Rusiya prezidenti Vladimir Putinlə Belorusun prezidenti Alyaksandr Lukashenka martın 15-də Sankt-Peterburqda görüşərək “Vahid dövlət” ideyasını müzakirə ediblər. Onlar təkbətək müzakirədən sonra Rusiya-Belorus Vahid Dövlət Ali Şurasının iclasına qatılıblar.

Şurada çıxışında Lukashenka bildirib ki, Vahid Dövlət istiqamətində proseslərin inkişafı onların inteqrasiya siyasətini inamla apardıqlarını göstərir.

Rusiyanın İqtisadiyyat naziri Anton Siluanov isə toplantıdan sonra jurnalistlərə bildirib ki, prezidentlər həm də Moskvanın Belorusa 2 milyard dollar borc verməsi imkanlarını müzakirə ediblər.

Belorus xarici borclarını qaytarmaq və yerli valyutanı kəskin inflyasiyadan qorumaq üçün təcili yardıma ehtiyac olduğunu bildirir. Minsk bu il Rusiya və beynəlxalq Valyuta Fonduna 1.3 milyard dollar borcunu qaytarmalıdır.

Keçən il Beynəlxalq Valyuta Fondu bildirib ki, avtoritar Lukashenka islahatlardan imtina etdiyi üçün Belorusla proqramlarını daha davam etdirməyəcək.
XS
SM
MD
LG