Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:13

“Azərbaycan İnsan Haqları Evi”nin fəaliyyəti dayandırılıb


Azərbaycan hakimiyyəti hüquq-müdafiə təşkilatı olan “ Azərbaycan İnsan Haqları Evi”-nə fəaliyyətini dayandırmağı göstəriş verib.

Norveçdə fəaliyyət göstərən “ İnsan Haqları Evi Fondu”nun icraçı direktoru Maria Dahle bildirib ki, “Azərbaycan İnsan Haqları Evi” ölkədəki hüquq müdafiıəçiləri və insan haqları üzrə qeyri-hökumət təşkilatlarının işinə dəstək məqsədilə yaradılmışdı.

“Reportirların Azadlığı və Təhlükəsizliyi İnstitutu”-nun direktoru Emin Hüseynov bildirib ki, Azərbaycan hakimiyyəti bununla vətənda cəmiyyəti ilə istənilən dialoqa qapını bağladı.

O hökuməti təşkilatın yenidən fəaliyyətinə şərait yaratmağa, müstəqil qeyri-hökumət təşkiklatları və hüquq müdafiəçilərinin təqib edilməsinə son qoymağa çağırıb.

“Azərbaycan İnsan Haqları Evi” , “İnsan Haqları Evi Şəbəkəsi”-nin üzvlərindən biridir.
XS
SM
MD
LG