Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:14

Azərbaycan jurnalistləri beynəlxalq mükafata layiq görülüblər


Təhminə Tağızadə.
Təhminə Tağızadə.
-

Tehmine

Təhminə Tağızadə:
«Bu təkcə mənə deyil, bütün dürüst fəaliyyət göstərən jurnalistlərə verilən mükafatdır. Bunu söz azadlığı uğrunda mübarizə aparan təşkilatlara verilən mükafat sayıram. Bu mükafatın özəlliyi həm də ondadır ki, ilk dəfə bu Azərbaycanın regionlarında fəaliyyət göstərən jurnalistə verilib. Hesab edirəm ki, bu mükafat regionlarda fəaliyyət göstərən jurnalistlər üçün yaxşı nümunədir».
AzadlıqRadiosunun əməkdaşı Təhminə Tağızadə Almaniyanın “ZEIT” və Norveçin “Fritt Ord” fondlarının təsis etdiyi Gerd Bucerius mükafatına layiq görülüb.
Təşkilat yaydığı məlumatda qeyd edir ki, Təhminə Tağızadə Gəncədə müstəqil jurnalist kimi fəaliyyət göstərib. Təzyiq və təqiblərə baxmayaraq T. Tağızadə yorulmadan jurnalist fəaliyyətinə davam edib.

Gəncə Media Mərkəzinin koordinatoru olmuş jurnalist bloq yazıları da yazır (tahminatagizade.wordpress.com)

Jurnalistin mükafata namizədliyini Bakıdakı Almaniya səfirliyi irəli sürüb.
Təhminə Tağızadə 2012-ci ildən Çexiyada Xarici İşlər Nazirliyinin təsis etdiyi təcrübə mübadiləsi proqramı üzrə - Vaclav Havel təqaüdçüsü kimi AzadlıqRadiosunda çalışır.
Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunun (RATİ) fotoreportyoru Mehman
Mehman Hüseynov
Mehman Hüseynov
Hüseynov da eyni mükafatı alanlar sırasındadır.

Mehman Hüseynov qazandığı mükafatı söz azadlığına və gənc jurnalistlərə dəstək hesab edir:

«Xəbəri eşidəndə çox sevindim... Düzdür, mənimlə bağlı cinayət işi açılıb. Ölkəni tərk edə bilmirəm... Bilmirəm mükafatı almağa problemsiz gedə biləcəm yoxsa yox.
Problemlərə baxmayaraq çox sevincliyəm və mükafatı beynəlxalq dəstək kimi qiymətləndirirəm».
İndiyə qədər Azərbaycandan bu mükafata jurnalist Şahvələd Çobanoğlu, «Zerkalo» qəzetinin icmalçısı Rauf Mirqədirov, «Azadlıq» və «Bizim yol» qəzetlərinin müxbiri Natiq Cavadlı, “Yeni Müsavat”ın köşə yazarı Hacı Zamin və AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova layiq görülüb.
Mükafatın məbləği 10 min avrodur.
Almaniyanın «Zite-Ştivtunq» və Norveçin «Azad söz» fondlarının Gerd Buserius adına mükafatı hər il Şərqi Avropanın keçid dövrü yaşayan ölkələrinin mətbuat, söz azadlığı və liberal vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan jurnalistlərinə təqdim edirlir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG