Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 13:00

M. Ə. Rəsulzadənin vəfatından 58 il ötür


M. Ə. Rəsulzadənin Novxanı kəndindəki abidəsi
-

Martın 6-sı Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin vəfatından 58 il ötür.

M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-i Bakının Novxanı kəndində anadan olub.

1918-ci il mayın 28-də Rəsulzadənin rəhbərlik etdiyi Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edir və M.Ə. Rəsulzadə Milli Şuranın sədri seçilir.

1918-1920-ci illərdə dövlət quruculuğu, parlament seçkiləri və Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olur.

Amma 1920-ci il bolşevik inqilabından sonra, Demokratik Cümhuriyyət süquta yetirilir və digər cümhuriyyətçilər kimi Məhəmməd Əmin Rəsulzadə də uzun illər Türkiyə, Rumıniya, Almaniya və Polşada mühacirətdə yaşamalı olur.

Məmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib və Ankaranın «Əsri» qəbiristanlığında dəfn edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG