Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 11:02

STALİN


  1. STALIN

    TƏBLİGAT
    VƏ REALLIQ

    İosif Stalinin hakimiyyəti repressiyalar, kütləvi həbslər, məcburi kollektivləşdirmə ilə səciyyələnir. Lakin onu daha çox tarixin ən qanlı hadisəsi – 2-ci Dünya müharibəsi ilə bağlı yada salırlar.

    Stalin-in başçılıq etdiyi Sovet İttifaqı özünü sülh, tərəqqi, dostluq, ən başlıcası isə Stalinin şəxsiyyətinə hədsiz məhəbbətin olduğu ölkə kimi təqdim edirdi. Onu «xalqlar atası», «insan xoşbəxtliyinin memarı» adlandırır, bütün ölkəni bu kommunist liderinin portretləri ilə «bəzəyirdilər».

    «Əsrlər keçəcək, nəsillər dəyişəcək, lakin bizim nəsil bütün mübarizlərin ən xoşbəxti olaraq qalacaq. Çünki bizə əsrlərin əsrində, bizim dahi lider yoldaş Stalinlə eyni bir vaxtda yaşamaq kimi şərəfli qismət nəsib olub» – deyə sovet yazıçılarından biri fəxr edirdi.

    Neçə illər keçməsinə baxmayaraq, tarixçilər hələ də «Dünya uşaqlarının ən yaxın dostu olan Stalin»lə bağlı araşdırmalar aparır, onun iştirakçısı olduğu hadisələrin real məzmununu aydınlaşdırmağa çalışırlar.

  2. Stalinin vaxtında Sovetlər Birliyi öz tarixinin ən sürətli iqtisadi inkişafını yaşadı. Sovet təbliğatı gündəlik olaraq nəhəng tikintilər haqda məlumatlar yayır, geridəqalmış, aqrar bir imperiyanın sürətlə aparıcı sənaye ölkəsinə çevrilməsindən danışırdı. Lakin Moskva-Volqa, Belomor kanalları, Çum-İqarka dəmiryolu kimi nəhəng tikinti layihələri faktiki olaraq qul əməyi sayəsində həyata keçirilirdi. SSRİ ərazisində yaradılan həbsxanalar şəbəkəsində – QULaq düşərgələrində saxlanan milyonlarla insan bu tikintilərdə işçi qüvvəsi kimi istifadə olunurdu. QULaq – sözü rusca «Qlavnoe Upravleniye Laqerey» (Düşərgələr Baş İdarəsi) dövlət qurumunun adından doğurdu.

    QULAQ

    1929-cu ildən Stalinin öldüyü 1953-cü ilə qədər QULaq məhbəsindən 14 milyon adamın keçdiyi təxmin edilir. QULaq düşərgələrində saxlanan məhbuslar ərzaq və tibbi yardım sarıdan korluq çəkir, onların yaşadığı baraklar, məhbus geyimi həmin ərazilərdəki sərt hava iqliminə uyğun olmurdu. Məhbusları ən ağır işlərə cəlb edir, ən adi əmək alətləri ilə belə təmin etmirdilər. Onlar yalın əllə kanal qazmağa, ağır yük daşımağa məcbur edilirdilər. Nəticədə, qeyri-insani şəraitdə 1.6 milyona yaxın insan həlak oldu.

    Sovetlər Birliyinin sənayeləşdirilməsi proqramının uğurlarından biri də olduqca ucuz olan məhbus əməyinin istifadəsi idi. Ona görə də, QULaq düşərgələrini nəhəng tikinti layihələrinin getdiyi ərazilərdə yerləşdirirdilər.

    2-ci Dünya müharibəsi başa çatandan sonra alman əsirliyində olan 1 milyondan artıq sovet əsgəri faşist düşərgələrindən birbaşa QULaq əsirliyinə aparıldı.

    1953-cü ilin martından, Stalinin ölümündən sonra kommunist rəhbərliyi QULaq sisteminin tədrici ləğvinə başladı. Yüz minlərlə məhbusa amnistiya elan olundu. 1954-cü ildə siyasi dustaqlar da azadlığa çıxdılar. Nəhayət, 1960-cı il yanvarın 25-də SSRİ Daxili İşlər Nazirliyi Düşərgələr üzrə Baş İdarənin (QULaqın) ləğv olunması haqda rəsmi qərar çıxardı.




    QULaq tarixindən

    Hər il yanvarın 1-də Sovetlərin xüsusi orqanları (NKVD) düşərgə və koloniyalarda olan məhbusların qeydiyyatını aparırdı. Lakin «QUIaq tarixi» kitabında Enn Appelbaum yazır ki, bu rəqəmlər ilboyu həbs olunanların sayını əks etdirmirdi. QULaq məhbuslarının sayı ildən-ilə artsa da, ən böyük həbs rəqəmləri Repressiyalar dövrünə (1936-1938) və müharibədən sonrakı dövrə təsadüf edir.

    MƏNBƏ: Anne Applebaum, Gulag, a History (Anchor, 2004)

  3. Stalinin Sovet İttifaqının sənayeləşdirilməsi planlarında kənd təsərrüfatına xüsusi yer ayrılırdı. Kəndlərdə məhsuldarlığı kəskin şəkildə artırmağa çalışan Sovet rəhbərliyi bir tərəfdən sənaye mərkəzlərində əhalini ərzaqla təmin etmək, digər tərəfdən isə xaricə taxıl satmaqla əvəzində maşın və texnologiya almaq istəyirdi. Bu məqsədlə kəndlərdə kollektivləşdirilmə həyata keçirilməyə başladı.

    KOLLEKTİVLƏŞDİRMƏ

    1929-cu ildə ölkənin əkin torpaqlarının 95 faizi kəndlilərin mülkiyyətində idi. 10 il sonra tamam başqa vəziyyət idi. 1939-cu ildə SSRİ-dəki əkinə yararlı torpaqların artıq 99 faizi kollektiv təsərrüfatların («kolxoz»ların) mülkiyyətinə keçmişdi.

    Lakin torpaqları əllərindən alınan kəndlilər ciddi müqavimət göstərirdilər. Onlar bolşeviklərin hakimiyyətə gəldikləri zaman xalqa vəd etdikləri «Torpaq – kəndliyə!» çağırışını yada salır, Stalinin siyasətini vaxtilə Rusiyada mövcud olan təhkimçilik sisteminə bənzədirdilər.

    Kəndlilərin toxumluq taxıl ehtiyatlarının əllərindən alınması 30-cu illərin əvvəllərində dəhşətli aclığa gətirib çıxardı. Həmin illər ancaq Ukraynada, müxtəlif mənbələrə əsasən, 1.5 milyondan 4 milyona qədər adam acından öldü. Ukraynada bir çoxları hesab edir ki, baş verənlər Ukrayna xalqına qarşı məqsədyönlü soyqırımı siyasəti idi.

    Lakin Volqaboyu Rusiyada, Şimali Qafqazda, Orta Asiya və Sibirdə də milyonlarla adam acından ölürdü. Həmin illər aclıqdan can qurtaran 1.5 milyon adam Rusiyadan Çinə mühacirətə getdi.

  4. SSRİ-nin rəsmi ideologiyasında beynəlmiləlçilik və xalqlar dostluğu əsas yer tuturdu. Sovet rəhbərliyi həmişə fəxr edirdi ki, SSRİ-də «milli məsələ» öz həllini tapıb. Lakin 1939-1953-cü illər arası Sovetlərin ərazisində bütöv millətlər zorla ata-baba yurdlarından sürgün edilib.

    DEPORTASİYALAR

    SSRİ-də yaşayan polyaklar, estonlar, latışlar, litvalılar, finlər, Volqa almanları, Krım tatarları, Krım yunanları, Ahısqa türkləri, kalmıklar, karaçaylar, inquşlar, çeçenlər və digər millətlər sürgün faciəsi ilə üzləşməli oldular.

    Milli mənsubiyyətinə görə bir yerdən başqa yerə köçürülən bu adamların 1.5 milyonu yolda və ya yeni yaşayış yerlərində həlak oldu. Sibir, Uzaq Şərq və Orta Asiyaya köçürülən etnik qrupların bəziləri sürgün yollarında əhalisinin 40 faizini itirmişdi.

    1956-cı ildə məşhur «anti-Stalin» çıxışında ovaxtkı sovet rəhbəri Nikita Xruşşov etiraf edir ki, Stalin ukraynalıları da sürgün etmək istəyirdi, lakin onların sayı çox idi. «Bu qədər adamı hara və necə köçürmək» sualı Ukrayna sakinlərini kütləvi sürgündən xilas etdi.

    Lakin xalqların zorla başqa yerə köçürülməsi siyasəti Stalinin ölümündən sonra da müşahidə olunurdu. Onların arasında Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana köçürülməsi halları da baş verib.


    < əvvəlki | növbəti >
    MƏCBURİ
    KÖÇÜRÜLMƏ
    Stalin dövründə 6 milyon insan məcburi şəkildə ata-baba yurdundan köçürülüb. Bu xəritədə insanların köçürüldüyü yer əks olunur

    MƏNBƏ: Pavel Polyan, Not by One’s Own Will (Memorial, 2001)

  5. REPRESSİYALAR

    1936-1938-ci illər «Repressiyalar» adı altında Sovet tarixinin ən faciəvi dövrlərindən sayılır. Bu dövrdə Sovet rəhbərliyi «xalq düşməni», «xarici casus» damğası ilə milyonlarla adamı ölümə məhkum etdi. Repressiyaların ən qızğın vaxtında - 1937-ci ildə Stalin-in xüsusi orqanları (çekistlər) orta hesabla hər gün 1000 nəfər adam güllələyirdilər.

    Repressiya dalğası əvvəl kommunist rəhbərliyini «köhnə bolşeviklər»dən – Leninin ən yaxın silahdaşları olan inqilabçılardan «təmizlədi». Sosialist inqilabının az qala simvolları olan bu şəxsləri işgəncələrlə ağlabatmaz etiraflara məcbur edir, sonra da güllələyirdilər.

    «Köhnə bolşeviklər»dən sonra Stalin-in ölüm maşını milli və dini qrupların liderlərinə, xaricdən SSRİ-yə köçən əcnəbi kommunistlərə və onların ailə üzvlərinə və, nəhayət, ziyalılara qarşı yönəldi. Onları «Antisovet ünsürləri» adı altında məhv edirdilər.

    Bu terror şəxsən Stalinin nəzarəti altında həyata keçirilirdi. Arxiv sənədlərinə əsasən, 40 minə yaxın adamın güllələnməsi haqda qərarlarda şəxsən Stalin-in imzası var. Stalin bəzi sənədlərin dərkənar yerində müstəntiqlərə işgəncələri gücləndirməyi tövsiyə edirdi.

    Stalin-in ölümündən sonra xüsusi komissiya elan etdi ki, «Stalin kommunist partiyasına, sosialist ölkəsinə, sovet xalqına və beynəlxalq fəhlə hərəkatına qarşı ağır cinayətlər törədib». Mixail Qorbaçovun rəhbərliyi illərində Stalin repressiyalarının qurbanlarına bəraət verildi, çoxlarına ölümündən sonra.

    Lakin Stalinin ən qatı düşməni - 1929-cu ildə SSRİ-dən qovulub, 1940-da Meksikada sovet casuslarının qətlə yetirdiyi Leo Trotsky (Lev Trotski) heç vaxt bəraət qazanmadı...




    Terror ilk növbədə Stalinin silahdaşlarına qarşı yönəlmişdi 1924-cü ildə Siyasi Büroda təmsil olunan 9 nəfər öldürüldü və ya özünə qəsd etdi

    M. Frunzexloroformla zəhərləyiblər (1925) F. Dzerjinskiöz əcəli ilə ölüb (1926) L. Kamenevedam olunub (1936) M. Tomskiİstintaq vaxtı intihar edib (1936) G. Zinovyevedam olunub (1936) N. Buxarinedam olunub (1938) A. Rıkovedam olunub (1938) Y. Rudzutakedam olunub (1938) G. Sokolnikovhəbsxanada öldürülüb(1939) L. Trotskibuz baltası ilə öldürülüb (1940) M. Kalininöz əcəli ilə ölüb (1946) font-family="Arial, sans-serif" style="font-weight: bold" font-size="14" V. Molotovöz əcəli ilə ölüb (1986)
  6. Sovet İttifaqında «Böyük Vətən müharibəsi» adlandırılan 2-ci Dünya müharibəsi illəri Stalin-in tərcümeyi-halında xüsusi yer tutur. Onun tərəfdarlarının əsas arqumenti Stalin-in sovet xalqını faşizm üzərində qələbəyə aparmasıdır. Cahan müharibəsinin ən qanlı döyüşləri Şərq cəbhəsində, Hitler ordusu ilə Sovet qoşunlarının üz-üzə gəldiyi ərazilərdə baş verirdi.

    2-Cİ DÜNYA MÜHARİBƏSİ

    2-ci Dünya müharibəsində ümumilikdə 70 milyon adam həlak olmuşdu. Bu itkilərin 30 milyonu Şərq cəbhəsində baş vermişdi. Bu müharibədə təkcə sovetlərdən 20 milyona yaxın əsgər və dinc əhali həlak olmuşdu.

    Stalinin 2-ci Dünya müharibəsindəki rolu haqda fikirlər haçalanır. Bir tərəfdən onu tənqid edirlər ki, faşist Almaniyası ilə «Molotov-Ribbentrop» paktını bağlayaraq Avropanın alman işğalına şərait yaratdı.

    Tarixçilər bu fakta həm də ona görə diqqət yetirirlər ki, Almaniya ilə sazişdən sonra Stalinin Polşanın şərqini, Bessarabiya və Baltikyanı dövlətləri işğal etməsi müharibənin ilk illərində sovetlərin ağır məğlubiyyətinin əsas səbəbi idi. Tarixçilərin fikrincə, bu ərazilərə qoşun yeritməklə Stalin Sovet ordusunun alman hərbi maşını qarşısındakı mövqelərini xeyli zəiflətmişdi.

    Digər tərəfdən, Stalinin 30-cu illərdə başladığı SSRİ-nin sənayeləşdirilməsi xəttinin 2-ci Dünya müharibəsindəki müsbət rolu vurğulanır. Bundan başqa, tarixçilərin fikrincə, Hitlerdən fərqli olaraq, Stalin öz səhvlərindən nəticə çıxarmağı bacarırdı. O, müharibə illərində ordunun ən istedadlı sərkərdələrini irəli çəkməyə başladı, kommunist ideologiyasını bir tərəfə qoyub əsgərləri tarixi və dini vətənpərvərlik motivləri ilə ruhlandırmağa üstünlük verdi.

    Bu gün Stalinin müsbət tarixi rolunu müdafiə edənlər də məhz bu fakta, faşizm üzərində qələbəyə, Stalinin bu qələbə ilə SSRİ-ni dünyanın ən güclü dövləti kimi özünü təsdiq etməsindəki roluna müraciət edirlər.

    • 1988-ci ildə Rusiyada keçirilən rəy sorğusunda respondentlərdən xahiş olunurdu ki, Sovet tarixinin görkəmli şəxsiyyətinin adını desinlər. Suala cavab verənlərin ancaq 1 faizi Stalinin adını çəkib, 20-30-cu illərdə onun Sovet tarixinin ən görkəmli fiquru olduğunu demişdi. Bu gün ictimai rəy tamam fərqlidir. Stalin Rusiya və Sovet tarixinin ən çox rəğbət bəsləndiyi siyasi liderdir.

      NƏTİCƏ

      Volqorad (keçmiş Stalinqrad). 1 fevral 2013-cü il. Stalinqrad döyüşünün 70 illiyini qeyd edən şəhərdə ictimai nəqliyyata Stalinin şəklini vurublar

      Mənbə: ITAR-TASS

      Villagers attend the unveiling ceremony of a newly reinstated Stalin monument on his birthday anniversary in Zemo Alvani on December 21, 2012.

      Source: Reuters

      An anti-Stalin “Monument” in Odessa, Ukraine, set up by members of the nationalist Svoboda party on May 7, 2012.

      Source: RadioSvoboda.org (RFE/RL)

      Rusiyada rəyi soruşulanların 48%-i deyir ki, Stalin müsbət şəxsiyyətdir. Stalini «olduqca mənfi» şəxsiyyət kimi qiymətləndirənlərin sayı cəmi 22% təşkil edir. Bu rəqəmlər Rusiyanın müstəqil «Levada» mərkəzinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapır. 1988-ci ildə keçirilən rəy sorğusunda Stalinə mənfi münasibət bəsləyənlər 60% idi. Eyni zamanda, «Stalin haqqında heç nə bilmirəm» deyənlərin sayı 1988-ci illə müqayisədə 2012-ci ilin sorğusunda 30 faizdən 70 faizə yüksəlib.

      Sosioloqlar ictimai rəydəki Stalinə rəğbətin baş qaldırmasını Rusiyada nəsil dəyişməsi ilə izah edirlər. 88-ci il sorğusundan fərqli olaraq, rəyi soruşulanların çox az qismi öz həyatında Stalinin hakimiyyəti illərini görmüşdü. Başqa bir həlledici amil kimi isə ədəbiyyatda, film və mediada Stalinin müsbət şəkildə təmsil olunmasıdır. Bu məsələdə Rusiyanın siyasi rəhbərliyinin də öz rolu var. Məsələn, məktəb dərsliklərində Stalin şagirdlərə təxminən belə təqdim olunur ki, «bütün nöqsanlarına baxmayaraq, Stalin qüdrətli bir dövlətin qurulmasını təmin edib».

XS
SM
MD
LG