Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 20:44

E. Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşüb


E. Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşü
-
Martın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Bu barədə APA-ya Azərbaycan nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Yan Kelly, Jacques Faure, İgor Popov iştirak edib.
Elman Abdullayevin sözlərinə görə, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə bağlı narahatçılıq ifadə edilib.
Həmsədrlərin regiondakı status-kvonun qəbuledilməz olduğunu bir daha vurğuladıqları deyilir.
Xarici işlər naziri Elmar Məmmədyarov isə Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə mane olduğunu qeyd edib. Onun eyni zamanda bütün regionda sülh və sabitliyin bərqərar olunmasına zəmin yaradılması üçün Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasının zəruriliyini vurğuladığı da bildirilir.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG