Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Yetim uşaqlar pulsuz təhsil alacaqlar


-
Valideyn himayəsindən məhrum uşaqlar pulsuz ali təhsil ala bilər.

Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli AzadlıqRadiosuna açıqlamasında bildirib:

««Valideynlərini itirmiş uşaqların sosial müdafiəsi haqqında» qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Layihə üzərində işləyirik. Maliyyə tutumunu öyrənmişik. Düşünürük ki, bunu Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxaraq. İstəyirik ki, ali məktəbə ödənişli əsaslarla qəbul olan, valideyn himayəsindən məhrum uşaqlar təhsillərini büdcə hesabına alsın. Bu, həm də özəl təhsil müəssisələrinə daxil olan uşaqlara aiddir».

Hadı Rəcəbli valideyn himayəsindən məhrum uşaqların mənzil məsələsinə də baxıldığını deyir:

«Uşaqların 23 yaşına qədər uşaq evində qalmaq hüquqları var. İstəyirik ki, gələcəkdə mənzil problemlərini həll etmək istiqamətində yataqxanalar tikilsin».
XS
SM
MD
LG