Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 22:09

Qəbələdə yeni məscid açılıb

Fevralın 28-də prezident İlham Əliyev Qəbələdə yeni məscidin açılışında iştirak edib.

Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi «Konstruktor MMC», binanın podratçısı isə «Gilan inşaat» MMC-dir.

Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir.

Burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə 600 nəfər şəxs ibadət edəcək.

İlham Əliyevə Qurani-Kərim hədiyyə olunub.

Xəbəri president.az saytı yayıb.
This item is part of
XS
SM
MD
LG