Keçid linkləri

2025, 31 Dekabr, çərşənbə, Bakı vaxtı 11:08

ABŞ-la Fransa Suriyada siyasi keçidi müzakirə edirlər


Foto arxiv
Foto arxiv
ABŞ-la Fransa Suriyada siyasi keçidin tezləşdirilməsinin mümkünlüyünü götür-qoy edirlər.

Bunu ABŞ Dövlət katibi John Kerrey bu gün Parisdə Fransa prezidenti Francois Hollande və xarici işlər naziri Loran Fabiusla görüşdükdən sonra mətbuat konfransında
deyib.

O qeyd edib ki, cümə axşanı Romada keçiriləcək beynəlxalq konfransda Suriya münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Konfrans çərçivəsində Suriya müxalifətinin bəzi liderləri ilə görüş nəzərdə tutulub.
XS
SM
MD
LG