Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 14:13

ReAL-ın məmur siyahısına ABŞ səfirliyindən cavab gəldi


Bakıda ABŞ səfirliyi. ABŞ bayrağı
Bakıda ABŞ səfirliyi. ABŞ bayrağı
-

«Fərdlərə viza verilməsi məsələsinə müraciət vaxtı baxılır, konsulluq rəsmisi konkret hal üzrə faktları nəzərdən keçirir və ABŞ qanunları çərçivəsində viza mümkünlüyünə dair qərarını verir».

Bunu ABŞ səfirliyinin mətbuat xidməti ReAL Hərəkatının bəzi məmurlara viza qadağası istəyinə dair AzadlıqRadiosunun sorğusuna cavabında bildirib.

Məlumatda daha sonra deyilir:

«Cənab Məmmədovun və 23-24 yanvar İsmayıllı hadisələrinə görə digər şəxslərin həbsinə gəlincə, biz Azərbaycan hakimiyyətini qanuni prosedurlara əməl etməyə, şəffaf və ədalətli hüquqi prosesi təmin etməyə çağırırıq».

«Biz qanuni şikayətlərin həlli üçün Azərbaycan hökuməti ilə vətəndaşları mənalı dialoqa və hökuməti vətəndaşların sərbəst toplaşma və ifadə azadlığına hörmətlə yanaşmağa çağırırıq».

«ReAL» Hərəkatının sədri, İsmayıllı etirazlarına görə saxlanmış İlqar Məmmədov Kürdəxanı təcridxanasından Avropa Parlamentinə və ABŞ Konqresinə müraciət hazırlayıb.

O, ««ReAL»ın namizədi kimi prezident seçkilərindən kənarlaşdırılması üçün ona saxta və siyasi cinayət işinin qurulmasına qatılan şəxslərə viza qadağası və maddi sanksiyalar istəyir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG