Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 18:30

Xarici İşlər Nazirliyi Tofiq Yaqublu ilə İlqar Məmmədovun işinə müdaxiləni təzyiq sayır


Elman Abdullayev
Elman Abdullayev
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin müxalifət təmsilçiləri Tofiq Yaqublu və İlqar Məmmədovun işi ilə prosesə müdaxiləsini yolverilməz hesab edir.

APA-nın məlumatına görə, bunu nazirliyin mətbuat katibi Elman Abdullayev Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Catherine Ashton və birliyin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Stephan Fulenin Müsavat başqanının müavini
Tofiq Yaqublu və REAL hərəkatının lieri İlqar Məmmədovun həbsi ilə əlaqədar bəyanatlarına münasibət bildirərkən deyib.

Elman Abdullayev qeyd edib ki, nazirlik bu bəyanatı araşdırmalara təzyiq kimi qiymətləndirir.

İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu İsmayıllı hadisələrini qızışdırma, ictimai asaişi pozulmasına səbəb hərəkətlərin təşkilində ittiham olunurlar.
Onların barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Müxalifət təmsilçiləri ittihamları rədd edirlər.
Günahları sübuta yetirilərsə onları 3 ildən 7 ilədək həbs gözləyir.
XS
SM
MD
LG