Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 23:10

Keçmiş nazir indi prezident olmaq istəyir



Fevralın 26-da açıq məktub yayan İranın keçmiş Xarici İşlər naziri Manuchehr Mottaki qarşıdakı prezident seçkilərində iştirakını açıqlayıb. Möttaki 2005-ci ildən 2010-cu ilə qədər nazir olub. O prezident Mahmud Ahmedinejat tərəfindən Seneqalda səfərdə olduğu vaxt gözlənilmədən və səbəb göstərilmədən vəzifədən çıxarılmışdı.
İranda prezident seçkiləri iyunun 14-də keçiriləcək. Bu günə qədər iki nəfər – İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri Mohsen Rezaei və Tehran meri Mohammad Baqer Qalibaf də seçkidə iştirak niyyətlərini açıqlayıblar. Ahmedinejat isə iki dəfə prezident olduğu üçün bu seçkidə iştirak edə bilmir.
XS
SM
MD
LG