Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Hələbdə ağır döyüşlər gedir


Fevralın 26-da Suriyanın Hələb şəhərində hökumət qoşunları ilə müxalif yaraqlılar arasındakı döyüşdə onlarla adam həlak olub.

Hüquq müdafiəçiləri deyir ki, Polis akademiyası yaxınlığındakı ağır döyüşdə azı 26 yaraqlı və 40 hökumət əsgəri öldürülüb. Müxalifət hökumətin Polis akademiyasının binasından ətraf əraziləri top və raket atəşinə tutduğunu bildirirdi.

Təkcə ötən həftə burdan açılan atəşlərlə Hələb ətrafında aralarında qadınlar və uşaqların da olduğu azı 140 nəfərin öldürüldüyü bəyan edilib.

Prezident Bashar Assad əleyhinə 2011-ci ilin martından başlanan üsyan nəticəsində Sriyada ölənlərin sayı 70 mini keçib.
XS
SM
MD
LG