Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:53

Müsavat Gənclər Təşkilatı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib


Müsavat Gənclər Təşkilatı gənclərin Müsavat başqanı İsa Qəmbərlə görüşünə yer verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Gənclər Təşkilatının sədri Tural Abbaslının Azadlıq Radiosuna verdiyi məlumata görə, Müsavat başqanının gənclərlə görüşünün martın 10-u saat 14:00-dan 17:00-dək «Bakı», «Təbriz», yaxud «Dostluq» kinoteatrlarının birində keçirilməsi nəzərdə tutulub:

«Müsavat partiyasının qərargahı maksimum 150 nəfər tutur. Bu il seçki ilidir. Müsavat partiyasına və İsa Qəmbərə olan diqqəti nəzərə alsaq, tədbirə tələbat böyükdür. Başqanla görüşmək istəyənlərin sayı çoxdur, özü də bu görüşdə təkcə Müsavat Gənclər Təşkilatı yox, digər gənclər də olacaq. Ona görə istəyirik, geniş zal olsun».

Tural Abbaslı bildirib ki, görüşdə 500-700 nəfərin iştirakı gözlənilir.
XS
SM
MD
LG