Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Avtomobil 10 metr hündürlükdən Kürə aşıb


Hadisə fevralın 25-i Mingəçevir şəhəri ilə «Energetiklər» qəsəbəsini birləşdirən Kür çayı üzərindəki körpünün üzərində qeydə alınıb.

Mingəçevir şəhər Polis Şöbəsinin məlumatına görə, Ağdam rayonundan olan məcburi köçkün Ramin Məmmədovun idarə etdiyi «VAZ-2107» yüksək sürətlə hərəkətdə olarkən idarə etmədən çıxıb və körpünün kənarındakı metal məhəccəri sındıraraq, 10 metr hündürlükdən çaya düşüb.

Sürücü və onun həyat yoldaşı, qardaşı yaxınlıqdakı insanların köməyi ilə sudan çıxarılsa da, digər sərnişin Elnaz Məmmədovanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı «nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma» maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG