Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Xaçmazda magistral qaz xəttində partlayış olub


-
Xaçmaz rayonunun Ləcət kəndi ərazisində magistral qaz xəttində partlayış olub.

ANS PRESS-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Partlayış kəndin yaxınlığından keçən, Xudat şəhərini, Yalama və ətraf kəndləri mavi yanacaqla təmin edən yüksəktəzyiqli magistral xətdə baş verib.

Siyəzən qaz kəmərləri sahəsinin rəisi Yaşar Hüseynovun sözlərinə görə, kəmər korroziyaya uğrayıb. 5 sm sahədə əvvəl sızma, partlayış, sonra isə yanğın olub. Dediyinə görə, hadisəyə uşaqların ehtiyatsızlığı səbəb olub.

Partlayış nəticəsində qaz verilişi dayanmayıb.

Kəmərin bərpası istiqamətində iş gedir.

Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda ərazidə təmir işləri aparılır. Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG