Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 14:29

Suraxanı sakini intihara cəhd edib


-
Bakının Suraxanı rayonu ərazisində bir nəfər intihara cəhd edib. 1981-ci il təvəllüdlü Elşad Rzayev hündür mərtəbəli yaşayış binasının damına çıxaraq özünü atmaq istəyirmiş.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
məlumat daxil olub.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə gedib. Xilasedicilər və hüquq mühafizə orqanı əməkdaşları onunla danışıqlar aparılıb. Bundan sonra intihara cəhd göstərən şəxs fikrindən yayındırılıb.

Xilasetmə əməliyyatı saat 21:05-də başa çatıb.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.
XS
SM
MD
LG