Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:29

İçib xəstəliyə tutulursan


Foto: Arxiv
Foto: Arxiv
-
«Körpə-körpə uşaqlar infarkt, göy öskürək, vərəm kimi xəstəliklərə tutulurlar. Camaatın balaları bir ucdan qırıla-qırıla gedir. İcra hakimiyyətinə də müraciət edirsən, adamı adam yerinə qoymurlar, deyirlər get, işinlə məşğul ol».

Kürdəmirin Aran qəsəbəsindəki 2 saylı binanın sakini Sahib Süleymanov deyir ki, Kürdəmirdə insanlığa qiymət yoxdur. Belə olmasaydı, insanın yaşaması üçün vacib olan şərait yaradılardı. Nə su var, nə yol, nə kanalizasiya, nə də başqa vaciblər.

«45 ailənin yaşadığı binanın həndəvərindən üfunətdən keçmək olmur. Adam bu binada yaşadığına görə özünə nifrət edir. Birinci mərtəbə yarıya qədər qurunt və yerdən çıxan murdar suyun içərisindədir. Binanın bütün mərtəbələri iylənir. Kürdəmirdə kanalizasiya yoxdur, nəcis anbarları dolub daşır, xəstəlik baş alıb gedir. Nə polisi, nə prokuroru, nə həkimi adamı dinləmir. Adamları çıxılmaz vəziyyətdə saxlayırlar».

NƏ YOLU, NƏ DƏ SUYU

Sahib Süleymanov deyir ki, sonuncu dəfə Kürdəmirin icra hakimiyyətində 5 gün əvvəl olub. Həmişəki kimi, qapıdan qayıdıb. Çünki aparat işçiləri onu dinləmək həvəsində olmayıblar:

«2 ildən artıqdır bu vəziyyətdəyik, binanın içərisinə qurunt sular yığılır, nə asfaltı var, nə yolu, nə də suyu. İçməli su verirlər, içib xəstəliyə tutulursan. Çünki murdar sudur. Mən özüm uzun illər meliorasiya sahəsində işləmişəm. Əhaliyə verilən suyun mənbəyini də, tərkibini də gözəl bilirəm».

Kürdəmir rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə Aran qəsəbəsindəki 2 saylı binanın vəziyyətindən xəbərsiz olduqlarını, binadakı vəziyyətin araşdırılması üçün Aran qəsəbə nümayəndəliyinə tapşırıq veriləcəyini bildiriblər.

Aran qəsəbə bələdiyyəsindən isə iddia edirlər ki, əhaliyə verilən içməli su Ağsudan çəkilmiş bulaq suyudur.
XS
SM
MD
LG