Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:30

Novruz Məmmədov: Xaricdə təhsil sahəsində şəffaflıq daha yüksək səviyyədə təmin olunmalıdır


Novruz Məmmədov
Novruz Məmmədov
-

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hesab edir ki, xaricdə təhsil sahəsində şəffaflıq daha yüksək səviyyədə təmin olunmalıdır.

«Bu sahədə şəffaflıq, ədalət daha yüksək səviyyədə təmin olunmalıdır, çünki tələbələrin xarici ölkələrdə müəyyən məsələlərdən şikayət etməsi təkcə Azərbaycanda yox, xaricdə hansısa bir qrup çərçivəsində, hansısa yoldaşlarının, başqa xaricilərin yanında Azərbaycanın imicinə çox kiçik təsir göstərən bir prosesə çevrilir. Bu nöqteyi-nəzərdən şəffaflığın təmin olunması bütövlükdə onların bu addımı atmasına maneə olacaq».

Trend-in məlumatına görə, bunu Novruz Məmmədov fevralın 22-si Təhsil Nazirliyində «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimat mərasimində çıxışı zamanı deyib.

Məmmədov qeyd edib ki, bu təqdimat xaricdə təhsil alan azərbaycanlı tələbələrin ümumiyyətlə bütün fəaliyyətini, işlərini, bu prosesləri şəffaf həyata keçirmək üçün çox mühüm rol oynayacaq.

«Burada artıq edilən təqdimatın özü göstərir ki, bu sahədə işləri yeni müstəviyə qaldırmaq mümkün olacaq. Doğrudan da Azərbaycan Prezidenti xaricdə təhsilə çox böyük əhəmiyyət verir və bir çox ölkələrdə belə şey yoxdur. Azərbaycanda bu daha liberal formadadır», Məmmədov deyib.

Prezident Administrasiyasının rəsmisi, həmçinin tələbələrin xaricdə oxuması üçün çox sənəd tələb olunduğunu diqqətə çatdırıb.

Məmmədov hesab edir ki, bu o qədər də yaxşı deyil və prosesləri birləşdirib elə bir iş görmək olar ki, tələb olunan sənədlərin sayı azalsın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG