Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:19

Suriyada ölümsaçan gün: 60-dan çox ölü


Dəməşq
Dəməşq
-

21 fevral Suriyada son iki ilin ən ölümsaçan günlərindən biri olub, 60-dan artıq adam ölüb. Suriyanın dövlət mediası xəbər verib ki, hakim Baas partiyasının iqamətgahı və Rusiya səfirliyi yaxınlığında baş verən partlayış nəticəsində 53 nəfər ölüb.

Müxaliflər isə sayın bir az da artıq olduğunu, 59 nəfərin öldüyünü deyir.

Ötən gün minalanmış maşının partladılması nəticəsində Rusiya səfirliyinin binasına zərər dəyib. Hərçənd rəsmilər səfirlik işçilərinin xəsarət almadığını da bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qurum üzərinə götürməyib.

Ötən gün paytaxtda daha bir partlayış olub, azı 8 nəfər ölüb.
XS
SM
MD
LG