Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Dəməşq stadionunda 1 futbolçu ölüb, bir neçəsi yaralanıb


Foto arxiv
Foto arxiv
-
Bu gün Dəməşqdə stadiona mərmi düşməsi nəticəsində 1 futbolçü ölüb, bir neçəsi yaralanıb.

Suriya rəsmi kütləvi informasiya vasitələrinin məlumatına görə, yerli komanda həmin vaxt Tişrin stadionunda məşq edirmiş.

Həmçinin üsyançıların Dəməşq ətrafındakı qərərgahına raket düşdüyü xəbər verilir.
Üsyançılar 1 hərbi komandirin yaralandığını deyirlər.

Bundan başqa şəhərin şimal ətrafının raket atəşinə tutulması nəticəsində bir neçə nəfər xəsarət alıb.

BMT-nin məlumatına görə təxminən 2 illik Suriya münaqişəsində 70 minə yaxın adam ölüb.
XS
SM
MD
LG