Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 16:45

Bolqarıstan hökuməti istefa verib


Bolqarıstan hökuməti bir neçə günlük etirazlardan sonra istefaya gedib.

Aksiyalar zamanı polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

Baş nazir Boyko Borisov parlamentdə çıxış edərkən bildirib ki, artıq bu kabinetdə iştirak edə bilməz.

Çünki onun hökumətini vaxtı ilə xalq hakimiyyətə gətirib və bu gün də hakimiyyəti xalqa qaytarır.

Ölkədə etirazlara elektrik enerjisinin bahalaşması və həyat səviyyəsinin aşağı olması səbəb olub.

Çərşənbə axşamı paytaxt Sofiada polislə toqquşmada bir neçə nəfər xəsarət alıb.
XS
SM
MD
LG