Suriyanın şimalında Hələb şəhərinə atılan raket 19 nəfərin ölümünə səbəb olub. Britaniyada yerləşən Suriyada insan haqlarını müşahidə qrupu həlak olanlardan 6 nəfərinin uşaq, 3-ün isə qadın olduğunu bildirir.
Cəsədləri dağılmış binanın altından çıxaran Jabal Badro həlak olanların sayının daha çox ola biləcəyini deyir.
Şahidlərin dediklərinə görə raket bazar ertəsi axşam saatlarında atılıb və onun yer-yer tipli Scud raketi olduğu ehtimal olunur.
Keçən ilin dekabrında NATO da Suriya hökumətinin üsyançıların nəzarətində olan ərazilərə Scud raketləri atıldığını bildirmişdi.