Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:43

Baş nazirə qarşı aksiyalara minlərlə adam qoşulub



İraqda əsasən sünnilərin yaşadıqları bölgələrin sakinləri olan minlərlə adam fevralın 15-də etiraz aksiyasını keçirib. Ölkə hökumətində Baş nazir Nuri al-Maliki də daxil olmaqla şiələrin üstünlük təşkil etdiklərini və bu səbəbdən sıxışdırıldıqlarını söyləyən aksiya iştirakçıları ölkənin şimal şəhərləri olan Falluca və Baqubada İordaniya və Suriyaya gedən yolu bağlayıblar.

Eyni məzmunda aksiyalar Mosul, Kərkük, Samarra və paytaxt Bağdadın ətraflarında da keçirilib. Aksiya iştirakçıları həmçinin məhbusların azad olunmasını və ölkənin anti-terror qanunvericiliyindən dəyişikliklər olunmasını tələb ediblər.
XS
SM
MD
LG