Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:04

İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar da nəticəsiz olub


İranın nüvə proqramı ilə bağlı Tahranda aparılan danışıqlarda elə bir nəticə əldə olunmayıb.

Həmçinin tərəflər növbəti görüşün vaxtını hələlik razılaşdıra bilməyiblər.

Bunu cümə axşamı Tehrandan dönərkən Vyana hava limanında jurnalistlərə Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini Herman Nackaerts deyib.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Ali Asghar Soltanieh bundan əvvəl tərəflərin bir sıra məsələlərdə razılığa gəldiklərini xəbər vermişdi.

Fevralın 26-da Qazaxıstanda İranla 6 aparıcı dünya ölkəsi arasında növbəti görüş gözlənilir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG