Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

İslamabadda Talibanın dialoq təklifi müzakirə olunur


Pakistandakı siyasi və dini partiyaların nümayəndələri İslamabadda terrorçuluğa qarşı mübarizə strategiyasını müzakirə edirlər.

Danışıqların əsas mövzusu çox güman ki, yerli Talibanın sülh danışıqlarına getmək təklifi olacaq.

Konfransda azı 26 partiya iştirak edir.

Xalq millətçi partiyasının lideri Asfandyar Wali Khan bildirib ki, məqsəd xalqı terrorçuluqla mübarizədə birləşdirməkdir.

Hayber Paxtunxva əyalətinin informasiya naziri Mian İftikhar Hussain AzadlıqRadiosuna bildirib ki, onfransda prezident və ordu komandanlığına göndərmək üçün təkliflər layihəsi qəbul ediləcək.

Amma məlumatlara görə, ABŞ-a qarşı olan “Camaati İslami” və “Təhriki İnsaf” qrupları danışıqlarda iştirak etmirlər.

Qadağan edilmiş “Təhriki Taliban Pakistan” qrupu fevralın əvvəllərində hökumətə sülh danışıqlarına başlamağı təklif edib.
XS
SM
MD
LG