Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Prokuror Əvəz Zeynallıya 11 il cəza istəyir


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsində dövlət ittihamçısı Ramazan Hadıyev çıxış edib. O, Əvəz Zeynallının 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror Əvəz Zeynallıya qarşı irəli sürülmüş ittihamların məhkəmədə şahid ifadələri ilə sübuta yetirildiyini bildirib.

Jurnalistin işi ilə bağlı növbəti proses fevralın 20-si davam edəcək. Həmin gün vəkillərin çıxışı gözlənilir.

Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Keçmiş millət vəkili Gülər Əhmədovanın özü də hazırda istintaq altındadır. Keçmiş universitet rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar rüşvət tələb etməkdə günahlandıran video yayandan sonra Gülər Əhmədova istintaqa mane olmamaq üçün deputat mandatından imtina edib. Hazırda keçmiş deputat özü də cinayət məsuliyyətinə cəlb olunub.
XS
SM
MD
LG