Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 11:18

Ictimai yerlərdə siqaret çəkmək qadağan olunur


Moskva küçələrində tələbələr
Moskva küçələrində tələbələr
Rusiyada ictimai yerlərdə siqaret çəkmək qadağan olunur. Bu barədə qanunu Dövlət Duması qəbul edib.

Qanuna görə, Rusiya ərazisində ali təhsil müəssisələrində, xəstəxanalarda, dövlət qurumlarında, stadionlarda, restoranlarda, kafelərdə, qatarlarda, vağzallarda, metroda və aeroportlarda siqaret çəkmək qadağan olunur.

Yeni qanun tələb edir ki, mağaza vitrinlərindən və super marketlərin kassalarından siqaret qutuları yığışdırılsın, onların yerinə yalnız siqaretlərin qiymətləri göstərilən lövhə vurulsun.

Yeni qanun siqaretin reklamını tamamilə qadağan edir.

Dumadan sonar qanun layihəsi təsdiq olunmaq üçün Federasiya Şurasına, daha sonra isə imzalanmaq üçün prezident Vladimir Putinə göndəriləcək.

Ictimai yerlərdə siqaretin qadağan olunması haqqında qanun layihəsinin bəzi maddələri bu il iyunun 1-dən, bəzi maddələləri isə 2014-cü ilin iyunun 1-dən qüvvəyə minəcək.
XS
SM
MD
LG