Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

ABŞ Rusiyadan ət idxalına qoyduğu qadağanı götürməsini tələb edir


Arxiv foto
Arxiv foto
-


Vaşinqton Rusiyanı ət idxalına qoyduğu qadağanı dərhal aradan qaldırmağa çağırıb. Rusiya belə bir qadağanı ABŞ-da istehsal olunan ət məhsullarına raktopamin əlavəsinin qatılması ilə əlaqələndirib.

ABŞ-ın Ticarət nümayəndəsi Ron Kirk və Kənd təsərrüfatı katibi Tom Vilsack Moskvanı Ümumdünya Ticarət Təşkilatı qarşısında götürdüyü öhdəliklərinə hörmət etməyə çağırıb.

Daha sonra bəyanatda bildirilir ki, ABŞ-da istehsal olunan ət «dünyada ən yüksək təhlükəsizlik standartlarına cavab verir».

Rusiyanın ət idxalı ilə bağlı qadağası bazar ertəsindən qüvvəyə minib. Rusiya bildirir ki, ABŞ-da istehsal olunan ət məhsullarının yağlılığının azaldılması üçün onlara raktopamin qatqısı əlavə olunur.

Bəzi ölkələrdə raktopaminin istifadəsi qadağan edilsə də, BMT-nin ərzaq standartları üzrə agentliyi bildirir ki, bu qatqının az miqdarda istifadəsi insan sağlamlığı üçün ziyansızdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG