Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:45

T. Ər: «Turqut Özalı Heydər Əliyev zəhərləməyib» - (VİDEO)


-

Facebook-dan birbaşa şərh yaz

Facebook-dan birbaşa şərh yaz


Türkiyədə yayımlanan ÜlkeTV-də çıxış edən araşdırmaçı Ömər Özkaya keçmiş Türkiyə prezidenti Turqut Özalın Azərbaycanda zəhərlənmə ehtimalını irəli sürüb.

AzadlıqFM-də Özalın Azərbaycanda zəhərlənməsi iddiası müzakirə edilib.
Canlı efirə keçmiş diplomat Turqut Ər, iddianı edən araşdırmacı Ömər Özkaya və Azərbaycan tarixçisi Altay Göyüşov qoşulub:

-

Türkiyəli yazar Şevket Atahan:
- Turqut Özal son səfərini türk ölkələrinə etmişdi. Özalın Türkiyədən kənarda zəhərlənməsi məntiqlidir. Özal Türkiyədə olanda əvvəlcə yeməklərini polislər yeyirdi, sonra Özal yeyirdi. Amma Azərbaycanda belə olmamışdı.
- Özal zəhərlənən zaman Heydər Əliyev Naxçıvanda idi. Amma ola bilməz ki, onun xəbəri olmadan bir iş görülsüz. Heydər Əliyevin Bakıya qayıtmasına ən böyük əngəl Elçibəy yox, Turqut Özal idi.
Tarixçi Altay Göyüşov:
- Turqut Özalın Azərbaycanda zəhərlənməsi utopiyaya oxşayır. O zaman Rusiyanın proseslərə təsiri zəif idi. Bəli, Rusiya Elçibəyi istəmirdi. Elçibəy Türkiyəyə yaxın siyasətçi idi. Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra siyasəti əvvəlki illərlə müqayisədə qərbyönümlü olub. Heydər Əliyevin Türkiyəyə qarşı çıxa bilməzdi. Türkiyə NATO ölkəsi idi.
Turqut Ər:
- Turqut Özalın zəhərlənməsi haqda zaman- zaman Türkiyə mətbuatında yazılar dərc edilir. Son olaraq Türkiyə prezidentinə müraciət edildi və Özalın qəbri açıldı. Ekspertizanın rəyinə görəsə Özalın ölümü zəhərlənmə ilə əlaqədər deyil. Bu rəydən sonra Özalın zəhərlənməsiylə bağlı bütün deyilənlərə son qoyuldu.
- Turqut Özalın zəhərlənməsiylə bağlı deyilənlər dedi- qodudur. Turqut Özalın ailəsi doktor, professor deyil. Ona görə də, ekspertlərə inanmaq lazımdır. Mən Heydər Əliyevin həyatından kitab yazan insanam. Başqa işlərdə Heydər Əliyevin adı ola bilər. Amma Özalın ölümüylə bağlı Heydər Əliyevin adının hallanması inandırıcı deyil.
XS
SM
MD
LG