Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

NATO: «Qalib gəlməyə az qalıb»


NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı Gen John Allen
NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı Gen John Allen
-
«Əfqan yaraqlılarına qarşı mübarizədə qalib gəlməyə az qalıb»- NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı Gen John Allen BBC-ə verdiyi məlumatda belə deyib.

O bildirib ki, yaraqlılara qarşı mübarizədə qalib gəlmək üçün uzun yol qət ediblər.

«Yaraqlılarla mübarizə vaxt aparan məsələdir və çətindir ki, biz təqvimdə əlimizi hansısa tarixə qoyub deyək, bax, bu gün biz qalib gələcəyik. Məncə, yaraqlılara qarşı mübarizədə əsas məsələ şərait yaratmaqdır-istər idarəçilik, istər iqtisadi imkanlar üçün və məncə, qalib gəlməyimizə az qalıb».
NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı Reuters-ə verdiyi müsahibədə isə daha çox qadın haqlarına toxunub. O bildirib ki, qadınların hüquqlarının öz yerini alması sülhməramlıların Əfqanıstanı tərk etməsindən sonra Talibanın radikal islam qaydalarını bərpa etməsinin qarşısını ala bilər.
«2001-ci ildə Taliban qovulduqdan sonra Əfqan qadınları təhsil almaq, səs vermək, işləmək hüquqlarını geri qaytarıblar».
Komandan bildirib ki, NATO və ABŞ ordu qüvvələrinin 2014-ə kimi Əfqanıstandan tam çıxması gözlənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG